Əvvəlki sətirlərdə Allahın sonsuz ağıl sahibi olduğundan və dünya həyatında meydana gələn hər hadisəni xüsusi bir plan və qədərlə, xeyir və hikmətlə yaratdığından bəhs etdik. Burda əsas olan Allahın yaratdığı hadisələrin hansında xeyir, hansında şər ola biləcəyini əsl bilənin yalnız Allah olduğudur. Çünki Allah sonsuz, insan isə məhdud ağla malikdir. İnsan ancaq hadisələrin xaricdən görünən qismini görür və ancaq öz anlayışı ilə bu hadisələri qiymətləndirir. Məhdud bilgi və anlayışı ilə bəzən xeyir və gözəl olan bir hadisəni mənfi, pis bir hadisəni isə müsbət və xeyirli olaraq xarakterizə edə bilir. Bu zaman doğruları görə bilmək üçün iman edən insanın etməsi lazım olan şey, Allahın sonsuz ağıl və bilgisinə təslim olaraq, hər hadisəyə xeyir gözüylə baxmaqdır. Belə ki, Allah bir ayəsində insanlara belə buyurur:... Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz. (Bəqərə Surəsi, 216)
Allahın bu ayədə bildirdiyi kimi, insanın özü üçün çox xeyirli və gözəl olacağını sandığı bir hadisə əslində dünyada və axirətdə hüsrana uğramasına səbəb ola bilər. Ya da zərərə uğrayacağını düşünərək uzaqlaşdığı bir hadisə insana gözəllik, bərəkət, bolluq və hüzur gətirə bilər. Bütün bunların gerçək bilgisi yalnız və yalnız Allah Qatında gizlidir. İstər şər, istərsə də xeyir kimi görünən bütün hadisələr Allahın diləməsiylə reallaşır. Allah kim üçün nəyi diləyirsə o olur. Quranda,
"Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhmlidir." (Yunus Surəsi, 107)
ayəsiylə də bu əhəmiyyətli gerçək xatırladılmışdır.
Bu səbəbdən Rəbbimizin yaratdığı hər hadisə, xeyir kimi də görünsə, şər kimi də görünsə əslində bizim üçün xeyirlidir. Daha əvvəl danışdığımız kimi hadisələrin nəticəsini təqdir edə bilən zaman və məkanla məhdud olan insanlar deyil, zamandan və məkandan münəzzəh olan, zamanı, məkanı, hadisələri və insanları da tək bir anda yaratmış olan Allahdır. (Ətraflı məlumat üçün baxın. Harun Yəhya, Zamansızlık ve Kader Gerçegi)

0 коммент.:
Отправить комментарий