Peyğəmbərlərin və saleh müsəlmanların həyatlarını araşdırdığımızda, bu müqəddəs insanların həyatlarının inkar edənlərlə mübarizədə keçdiyini görürük. Bu insanlar bəzən ilk baxışda əleyhlərinə imiş kimi görünən bir çox hadisə ilə qarşılaşmışlar. Bu nöqtədə, peyğəmbərlərin və onlara tabe olan möminlərin ən nəzərə çarpan xüsusiyyətlərindən biri qarşımıza çıxır: Mühit nə qədər çətin olursa olsun, qarşılaşdıqları hadisələrin Allahın idarəsində olduğunu bilmənin hüzur və təvəkkülü içindəki yetkin davranışları…
PEYĞƏMBƏRİMİZİN (SƏV) ALƏMLƏRƏ NÜMUNƏ OLAN TƏVƏKKÜLÜ
Hz. Məhəmməd (səv) bütün digər peyğəmbərlər kimi həyatı boyu bir çox çətinliklə qarşılaşmış, bu hallarda göstərdiyi səbr və təvəkkül ilə müsəlmanlara çox gözəl nümunə olmuşdur. Quranda izah edilən bir hadisə, Hz. Məhəmmədin (səv) göstərdiyi üstün əxlaqı və Rəbbimizə olan sarsılmaz təvəkkülünü çox yaxşı vurğulayır.
Peyğəmbərimiz (səv), Məkkədən çıxdığında müşriklər onu öldürmək məqsədiylə izləmişdilər. Peyğəmbərimiz onlardan gizlənmək üçün bir mağaraya sığınmış, ancaq müşriklər sığındığı mağaranın qapısına qədər gəlmişdilər. Belə çətin bir anda Peyğəmbərimiz (səv) yanındakı mömin yoldaşına, kədərlənməməsini söyləmiş və ona Allaha təvəkkül etməyi xatırlatmışdır. Bunu xəbər verən ayə belədir:
HZ. YUSUFUN SARSILMAYAN TƏSLİMİYYƏTİ
Möminlər üçün "şər kimi görünən" hadisələrin xeyirə çevrilməsiylə əlaqədar Quranda verilən ən gözəl nümunələrdən biri də Hz. Yusufun həyatıdır. Hz. Yusuf, uşaqlığından etibarən başına gələn hər hadisədə göstərdiyi yetkinlik və Allaha olan bağlılığı ilə tanınır. Çətin vəziyyətlərdəki təvəkkülü ilə saleh bir möminin necə davranmalı olduğuna ən yaxşı nümunələrdən biridir. Özünə Allahı dost seçən Hz. Yusuf, hər şeyin "dostu"ndan gəldiyini bilmənin gətirdiyi rahatlıqla hər hadisədə bir xeyir axtarmışdır. Bu şəkildə həyatı boyu qarşısına çıxan hər sınağı bir fürsət bilmiş, hər an yetkin və təvəkküllü bir xarakter göstərmişdir.HZ. MUSANIN ÜSTÜN ƏXLAQI
Hz. Musanın tarix boyu yaşamış ən azğın insanlardan biri olan Firon ilə apardığı mübarizə Quranda ətraflı olaraq izah edilmişdir. Hz. Musanın Allahın dinini təbliğ etməsinə, Firon təzyiq və təhdidlə cavab vermişdir.
İnananları haqq dindən çevirmək üçün hər cür yolu sınayan Misir hökmdarı Firona qarşı Hz. Musanın göstərdiyi üstün əxlaq və təvəkkül, aləmlərə nümunə olacaq xüsusiyyətdədir.
O dövrü Quran ayələrinə əsaslanaraq belə canlandıra bilərik: Bir tərəfdə Firon, ölkənin hakimi olan və bütün gücü əlində cəmləyən adamdır; digər tərəfdə də yanında az topluluğu olan Hz. Musa vardır…
"QƏLƏBƏ ÇALANLAR ALLAHIN FİRQƏSİDİR"
Müsəlmanlar "şər" kimi görünən hadisələri belə xeyirlə qiymətləndirmələrinin və Allahı vəkil tutmağın qarşılığını, həmişə ən gözəl şəkildə alırlar. Ayələrdə belə buyurulur:O kəslər ki, xalq onlara: “Camaat sizə qarşı toplamışdır, onlardan qorxun!” - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər. (Ali İmran Surəsi, 173-174)
Bunu xatırlatmaq lazımdır ki, bəzən kənardan baxıldığında zahirən inkarçılar üstünlük təşkil edirmiş kimi görünə bilərlər. Halbuki bu, yalnız Allahın inananlara aid bir sınağıdır. Beləliklə saleh möminlər ilə zəiflik göstərənlər bir-birlərindən ayrılır.
MÖMİNLƏRƏ QURULAN TƏLƏLƏRİN HAMISI ƏVVƏLDƏN POZULMUŞDUR
İnkar edənlər möminlərə qarşı apardıqları mübarizələrdə hər cür hiyləgər üsula müraciət edirlər. Bu üsulların ən çox istifadə edilənlərindən biri də möminlərin əleyhində birləşərək onlara müxtəlif tələlər qurmaqdır. Sayca çox olduqları üçün və tələlərini gizlicə qurduqları üçün müvəffəqiyyətli olacaqlarını düşünən inkarçılar, planlarını qurarkən iki adamın üçüncüsünün, üç adamın dördüncüsünün Allah olduğunu unutdurlar. Allahın insanlara şah damarından daha yaxın olduğu gerçəyindən isə tamamilə qəflətdədirlər. Halbuki Allah gizləsələr də, aşkar etsələr də
"(Allah) ürəklərdə olanları biləndir!". (Mulk suresi 13)
ALLAHIN İNANANLARA VƏDİ VƏ KÖMƏYİ
Hər dövrdə inkar edənlər, Quranın
"…, lakin insanların çoxu (buna) inanmır. " (Rə'd Surəsi, 1)
ayəsində bildirildiyi kimi, yer üzündəki insanların çoxunu təşkil edirlər.
İnkarçılar hər zaman müsəlmanlara qarşı sayca çoxdurlar. Buna görə də bu ağılsız və bəsirətsiz insanlar özlərini daim doğru yolda sanırlar. Sahib olduqları maddi güclərinin və saylarının inananlardan çox olması, onlara inam duyğusu verir.
CAHİLİYYƏ CƏMİYYƏTİNIN HADİSƏLƏRƏ BAXIŞI
Bəzi insanlar başlarına gələn hadisələri, öz məntiqlərinə görə dəyərləndirib, "yaxşı və ya pis" kimi seçərək müəyyən kateqoriyalara ayırırlar. Artıq həmin insanlar müəyyən edilmiş bu kateqoriyalarda öz vərdişlərini və ictimai ənənələri ön planda saxlayırlar.Hadisələr qarşısında göstərdikləri reaksiyalar da bu hadisələrin şiddətinə və şəklinə görə dəyişir , amma nəticə etibariylə bu reaksiyalar belə, yaşadıqları cəmiyyətin qaydalarına görə olur.
HƏR ŞEYİ XEYİRƏ YOZMAQ
Hadisələri xeyirə yozmaq əslində cəmiyyətin böyük əksəriyyətinin alışdığı bir haldır. İnsanların çoxu gündəlik həyatlarında tez-tez "xeyirdir inşAllah" kimi sözləri istifadə edirlər. Ancaq bu ya vərdişdən, ya da bu sözlərin xalq arasında ənənəvi hala gəlməsindən qaynaqlanır. Yoxsa bu insanların böyük əksəriyyəti xeyirə yozmanın gerçək mənada nə demək olduğunun, ya da bu anlayışın gündəlik həyatda necə yaşanacağının şüurunda deyildirlər.
HƏR HADİSƏNİ, HƏR DETALI YARADANIN ALLAH OLDUĞUNU BİLMƏK…
İnsanların çoxu müsbət olaraq qiymətləndirdikləri hadisələrlə xoşbəxt olarkən, mənfi ya da, yolunda getmirmiş kimi görünən hadisələrə görə də kədərlənirlər. Halbuki iman edən insanlar üçün belə bir çətinliyə düşmək son dərəcə yersizdir. Allah, Quranda hər hadisəni saleh qullarının xeyirinə yaratdığını müjdələmiş, onlar üçün heç bir zaman hüzün və çətinlik ola bilməyəcəyini xəbər vermişdir.
Quranda izah edilən bu gerçəyi tam olaraq anlayan insan, dünya həyatında hər nə ilə qarşılaşırsa qarşılaşsın, halından məmnun olmağı və bu hadisənin ardındakı gözəllikləri və hikmətləri görə bilməyi bacarır.
CANLI, CANSIZ DÜNYADAKI HƏR VARLIĞIN BİR QƏDƏR İLƏ YARADILDIĞINI BİLMƏK…
Qədər, Allahın keçmişdən gələcəyə qədər, yaşanmış və yaşanacaq olan bütün hadisələri tək bir an olaraq bilməsidir. Bu, Allahın hər varlıq və hadisə üzərindəki mütləq hakimiyyətini ifadə edir. İnsanlar həyatlarındakı hadisələri, ancaq yaşadıqları zaman öyrənə bilərlər. Amma Allah bütün bunları, hələ yaşanmadan əvvəl də biləndir. Allah üçün keçmiş, bu an və gələcək zaman birdir. Hamısı da Allahın elmi və əhatəsindədir. Çünki bunların hamısını yaradan Rəbbimizdir.
XEYİR KİMİ GÖRÜNƏN HADİSƏLƏRDƏ ŞƏR, ŞƏR KİMİ GÖRÜNƏN HADİSƏLƏRDƏ XEYİR OLA BİLƏCƏYİNİ BİLMƏK…
Əvvəlki sətirlərdə Allahın sonsuz ağıl sahibi olduğundan və dünya həyatında meydana gələn hər hadisəni xüsusi bir plan və qədərlə, xeyir və hikmətlə yaratdığından bəhs etdik. Burda əsas olan Allahın yaratdığı hadisələrin hansında xeyir, hansında şər ola biləcəyini əsl bilənin yalnız Allah olduğudur. Çünki Allah sonsuz, insan isə məhdud ağla malikdir. İnsan ancaq hadisələrin xaricdən görünən qismini görür və ancaq öz anlayışı ilə bu hadisələri qiymətləndirir. Məhdud bilgi və anlayışı ilə bəzən xeyir və gözəl olan bir hadisəni mənfi, pis bir hadisəni isə müsbət və xeyirli olaraq xarakterizə edə bilir. HƏR DETALI YARADAN ALLAHDIR
Keçmişə baxıb bu günə qədər yaşadıqlarımızı qısaca gözdən keçirsək, on illiklərə yerləşən hadisələrin əslində bir neçə dəqiqə çəkəcəyini görərik. Bir zamanlar çox mühüm olduğunu düşündüyümüz, bəzən həyacanla, bəzən də narahatlıqla gözlədiyimiz bütün hadisələr sizin üçün artıq xatirə olmuşdur. Bütün bunlardan geriyə qalan sadəcə xatirənizdəki məlumatlardır. Ancaq bütün bu zaman içərisində dediyimiz hər söz, etdiyimiz hər hərəkət, ağlınızdan keçirdiyiniz hər düşüncə Allah qatındadır.
Подписаться на:
Сообщения (Atom)







