Keçmişə baxıb bu günə qədər yaşadıqlarımızı qısaca gözdən keçirsək, on illiklərə yerləşən hadisələrin əslində bir neçə dəqiqə çəkəcəyini görərik. Bir zamanlar çox mühüm olduğunu düşündüyümüz, bəzən həyacanla, bəzən də narahatlıqla gözlədiyimiz bütün hadisələr sizin üçün artıq xatirə olmuşdur. Bütün bunlardan geriyə qalan sadəcə xatirənizdəki məlumatlardır. Ancaq bütün bu zaman içərisində dediyimiz hər söz, etdiyimiz hər hərəkət, ağlınızdan keçirdiyiniz hər düşüncə Allah qatındadır.
Hər insanın mütləq qarşılaşacağı ölüm həqiqətilə birlikdə bu məlumatlar önünüzə qoyulacaqdır. Sizin yaddaşınızda artıq dəqiqələrlə ifadə etdiyiniz ömrünüz, Allah qatında sizə anbaan, dəqiqə-dəqiqə, bir saniyəsi belə əskilmədən təqdim ediləcək.
Əgər ömrünüzü Allahın həyatınızdakı mütləq hakimiyyətini və hikmətli yaradışını fərqində olaraq yaşadınızsa, qarşınıza çıxan bütün hadisələri xeyirə yorub Allahın qədərinizi ən xeyirli şəkildə yaratdığının şüurundasınızsa bilin ki, nəticə sizin üçün xeyirli olacaq. Çünkü ölüm ilə birlikdə insanın qarşı-qarşıya qala biləcəyi sadəcə iki ehtimal var: əgər insan ömrünü Allahın razı olduğu əxlaqı yaşayaraq keçirmişsə, sonsuz qurtuluşla, əks halda isə sonsuz bir əzabla qarşılıq görəcək. Allahın razı olacağını bildirdiyi əxlaq isə insanın hər şeyin Ondan gəldiyini bilərək, hər an və hər vəziyyətdə Ona şükr etməsi, bütün həyatını hər hadisədə bir xeyir olduğuna iman edərək yaşamasıdır.
İnsanın yaşadığı bütün hadisələrdən razı olması, hər hadisədə bir xeyir olduğuna inanması və hər an Allaha şükr etməsi çox asandır. Bunun üçün insanın yaşadığı dünyanı və bu dünyada qarşılaşdığı hər detalı yaradan Rəbbimizi tanıması Onu təqdir etməsi kifayətdir.
İnsan gözlərini dünyaya açdığı andan etibarən qarşılaşdığı hər hadisəni, eşitdiyi hər sözü, yaşadığı hər hadisəni yaradan Allahdır. Allah sonsuz qüvvət, sonsuz ağıl, sonsuz hikmət sahibidir.Quranda
“Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq.(Qəmər surəsi, 49 )
ayəsində bildirdiyi kimi Allah hər şeyi müəyyən nizam və hikmətlə yaratmışdır. Allahın bu sonsuz güc və üstünlüyünə qarşılıq insan son dərəcə aciz varlıqdır.Yaşamaq üçün Allahın ona zaman və nemət verməsinə möhtacdır. Ağlı və şüuru ancaq Allahın ona öyrətdiyi qədərini qavraya bilir. Bu halda Allahın sonsuz ağlına və sonsuz hikmətilərlə dolu yaradışına təslim olmaq insan üçün böyuk bir rahatlıqdır. Hər yaşadığı hadisədə Allahın bütün kainatı və bütün varlıqların hakimi olduğunu biləcək, özünün görmədiyi, bilmədiyi hadisələri Allahın görüb-bildiyini, özünün eşitmədiyi səsləri Onun eşitdiyini, yenə özünün xəbərsiz olduğu keçmişdəki və gələcəkdəki bütün hadisələri Rəbbimizin bildiyini düşünəcək və beləliklə də Allahın hər hadisəni ən hikmətli və xeyirli şəkildə yaratdığını görəcək.
Bu həqiqətə iman etmək də ona həyatın hər anına şükür etməyi bilən üstün bir əxlaq qazandıracaq. Başqa şəkildə ifadə etsək, insan yaşadığı bu iman ilə eşitdiyi hər səsə, gördüyü hər görüntüyə, yaşadığı hər hadisəyə, qısacası həyatının hər anına “xeyir gözüylə baxacaq “və beləliklə həyatı ən gerçək və ən doğru şəkildə qavraya biləcəkdir.Və ayədə
“Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir).(İnsan surəsi, 3)
hökmü ilə xəbər verilən seçimlər arasından ən doğrusunu, həyatın ən xeyirli nəticəsini alacaq və Allahın rızası ilə ən xeyirli həyat olan cənnət həyatına qovuşmağı ümid edəcək.
Elə bu saytın məqsədi də insanlara həyatı, yaşanan hər anı, hər hadisəni xeyrə yoraraq həyatının gözəlliyini göstərmək, qədərin hər saniyəsinə xeyir gözü ilə baxmağın insana dünyada və axirətdə gətirəcəyi nemətləri xatırlatmaqdır. Yenə eyni şəkildə insanın xeyirləri görməsinə mane olan əngəlləri aradan qaldıraraq keçmiş həyat tərzindən qurtulmasını təmin etməkdir.
İnsanın qədərinin hər anına sadəcə dili ilə deyil, qəlbi ilə də “hər işdə bir xeyir var” deməsi, yaşadığı çətinliklərə dözərək deyil, qəlbdən gələn gözəl təslimiyyətlə və məmnuniyyətlə səbr edə biləcəyi əxlaqa təşviq etməkdir. Qədərin qüsursuz yaradıldığını xatırlayaraq bütün inananları Allahın sonsuz ağlına təslim olmağın nəticəsini yaşamağa çağırmaqdır.


0 коммент.:
Отправить комментарий