ALLAHIN İNANLARA VƏDİ VƏ YARDIMI

ALLAHIN İNANANLARA VƏDİ VƏ KÖMƏYİ
Hər dövrdə inkar edənlər, Quranın
 "…, lakin insanların çoxu (buna) inanmır. " (Rə'd Surəsi, 1)
 ayəsində bildirildiyi kimi, yer üzündəki insanların çoxunu təşkil edirlər.
İnkarçılar hər zaman müsəlmanlara qarşı sayca çoxdurlar. Buna görə də bu ağılsız və bəsirətsiz insanlar özlərini daim doğru yolda sanırlar. Sahib olduqları maddi güclərinin və saylarının inananlardan çox olması, onlara inam duyğusu verir. Bu səbəblə hadisələri həmişə xarici görünüşə görə qiymətləndirən cahiliyyə insanları, özlərinin üstün olduğundan yüz faiz əmin olaraq hərəkət edirlər. Amma fərqində olmadıqları çox böyük bir gerçək vardır ki, o da Allahın möminlərə olan vədi və dəstəyidir:
Allah kafirlərə möminləri (məğlub etməyə )yol verməyəcəkdir. (Nisa Surəsi, 141)
Allah yuxarıdakı ayəsində diqqət çəkdiyi kimi, hər şeyi möminlərin lehinə edir və onları müxtəlif yollardan dəstəkləyir. İnşirah surəsində müsəlman üçün hər çətinliklə birlikdə asanlığın da yaradıldığı sirri verilir. Xəstəliyi yaradan Allahın şəfanı da yaratması kimi, hər çətinlik də yanında asanlığı ilə birgə yaradılır. Bu gerçək belə xəbər verilmişdir:
Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (İnşirah Surəsi, 5-6)
Allahın bu dəstəyi və köməyini yalnız möminlər bilirlər. Və onlar, həyatları boyu nə ilə qarşılaşsalar qarşılaşsınlar, Allahın daim inananların vəlisi və köməkçisi olduğunu bilmənin verdiyi inam və hüzur duyğusu ilə hərəkət edirlər. Allah qullarına belə vəd etmişdir:
Allah sizin düşmənlərinizi (sizdən) daha yaxşı tanıyır. Bir dost və yardımçı kimi Allah (sizə) kifayət edər! (Nisa Surəsi, 45)
İnkarçıların və münafiqlərin isə müxtəlif qorxuları vardır. Yalnız Allaha iman etmədikləri, Ona şirk qoşduqları, hər hadisəni və varlığı nəzarətsiz zənn etdikləri üçün daima qorxu və narahatlıq içində yaşayırlar. Bu, Allahın möminlərə qarşı mübarizə edənlərin ürəklərinə saldığı qorxudur:
Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi: “Mən də sizinləyəm. Möminlərə qüvvət (mətanət) verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam…" (Ənfal Surəsi, 12)
Allahın kömək və yardımı müsəlmanın həyatının tamamilə əhatə edir. Tarix boyu Allah inananlara müxtəlif yollarla köməyini çatdırmışdır. Bəzən peyğəmbərlərinə möcüzələr vermiş; bəzən müsəlmanları görünməyən ordular və mələklərlə, hətta təbiət hadisələriylə dəstəkləmiş; bəzən reallaşması qeyri-mümkün kimi görünən hadisələrin reallaşmasını təmin etmişdir. Quranda verilən bu nümunələrdən bəziləri belədir:
Ey iman gətirənlər! ordular sizin üstünüzə gəldiyi zaman Allahın sizə olan nemətini yada salın. O vaxt Biz onların üstünə külək və sizin görmədiyiniz (mələklərdən ibarət) qoşun göndərmişdik. Allah o zaman sizin nə etdiyinizi görürdü. (Əhzab Surəsi, 9)
O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm”– deyə duanızı qəbul etmişdi. (Ənfal Surəsi, 9)
Qarşı-qarşıya gələn iki dəstədə sizin üçün bir ibrət var idi. Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi. Onlar kafirlərin sayca iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər. Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır. (Ali İmran Surəsi, 13)

MÖMİNLƏRƏ QURULAN TƏLƏLƏRİN HAMISI ƏVVƏLDƏN POZULMUŞDUR

İnkar edənlər möminlərə qarşı apardıqları mübarizələrdə hər cür hiyləgər üsula müraciət edirlər. Bu üsulların ən çox istifadə edilənlərindən biri də möminlərin əleyhində birləşərək onlara müxtəlif tələlər qurmaqdır.
Sayca çox olduqları üçün və tələlərini gizlicə qurduqları üçün müvəffəqiyyətli olacaqlarını düşünən inkarçılar, planlarını qurarkən iki adamın üçüncüsünün, üç adamın dördüncüsünün Allah olduğunu unutdurlar. Allahın insanlara şah damarından daha yaxın olduğu gerçəyindən isə tamamilə qəflətdədirlər. Halbuki Allah gizləsələr də, aşkar etsələr də
 "(Allah) ürəklərdə olanları biləndir!". (Mulk suresi 13)
İnkarçıların möminlərin əleyhində ağıllarından keçirdikləri hər fikri, qurduqları hər tələni, hər planı da Allah ən incə detalına qədər bilir.
Ən əhəmiyyətlisi də hər şeyi bilən Allah, Quranda inkarçıların qurduqları tələlərin hamısının əvvəlcədən pozulmuş olduğunu xəbər vermişdir. Nə qədər ağıllı, nə qədər xain, nə qədər böyük olsa belə möminlərin əleyhində qurulan bütün tələləri hər şeyin Yaradıcısı olan Allahın yıxacağı Quranda belə bildirilir:
... Allah, sözsüz ki, kafirlərin hiyləsini zəiflədəndir! (Ənfal Surəsi, 18)
(Zalımlar) öz hiylələrini qururdular. Halbuki onların hiyləsi Allaha bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir. (İbrahim Surəsi, 46)
Bunlarla yanaşı Allah, bu tələlərin saleh qullarına zərər verə bilməyəcəyini bildirmiş, bu tələlərin hamısının onları quranların özlərinə dönəcəyini də xəbər vermişdir:
Pis əməl ancaq onun öz sahibinin başında çatlayar. Məgər onlar Allahın adəti (qayda-qanunu) üzrə (özlərindən) əvvəlkilərin düçar olduqları müsibətlərimi  gözləyirlər? (ya Peyğəmbər!) Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan! (Fatır Surəsi, 43)
Bu yerdə ifadə edilməli olan çox əhəmiyyətli bir xüsusiyyət budur: İnananların Allahın bu vədinə (inkarçıların tələlərini puç etməsinə) imanları dəqiqdir. Allahın köməyinin daim özləriylə birlikdə olduğu gerçəyini bilərək təvəkküllə yaşayırlar. Əvvəlki sətirlərdə vurğuladığımız kimi, bu təvəkküllü ruh halları sayəsində də, qarşılaşdıqları hər hadisədəki xeyir və hikmətləri görə bilər, görəməsələr belə hər hadisənin möminlər üçün mütləq xeyirlə nəticələnəcəyinə möhkəm bir imanla iman edərlər.

"QƏLƏBƏ ÇALANLAR ALLAHIN FİRQƏSİDİR"

Müsəlmanlar "şər" kimi görünən hadisələri belə xeyirlə qiymətləndirmələrinin və Allahı vəkil tutmağın qarşılığını, həmişə ən gözəl şəkildə alırlar. Ayələrdə belə buyurulur:
O kəslər ki, xalq onlara: “Camaat sizə qarşı toplamışdır, onlardan qorxun!” - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər. (Ali İmran Surəsi, 173-174)
Bunu xatırlatmaq lazımdır ki, bəzən kənardan baxıldığında zahirən inkarçılar üstünlük təşkil edirmiş kimi görünə bilərlər. Halbuki bu, yalnız Allahın inananlara aid bir sınağıdır. Beləliklə saleh möminlər ilə zəiflik göstərənlər bir-birlərindən ayrılır. Təvəkkül edən, səbr edən və hadisələrə xeyir gözüylə baxan müsəlmanlar heç şübhəsiz Allaha olan etibarlarını və sədaqətlərini açıq şəkildə göstərirlər. Bu səbəblə dünyada və axirətdə Allahın razılığını qazanaraq qalib və üstün gələcək olanlar, hər zaman inananlardır:
qələbə çalanlar da məhz Allahın firqəsidir. (Maidə Surəsi, 56)