HƏR HADİSƏNİ, HƏR DETALI YARADANIN ALLAH OLDUĞUNU BİLMƏK…

İnsanların çoxu müsbət olaraq qiymətləndirdikləri hadisələrlə xoşbəxt olarkən, mənfi ya da, yolunda getmirmiş kimi görünən hadisələrə görə də kədərlənirlər. Halbuki iman edən insanlar üçün belə bir çətinliyə düşmək son dərəcə yersizdir. Allah, Quranda hər hadisəni saleh qullarının xeyirinə yaratdığını müjdələmiş, onlar üçün heç bir zaman hüzün və çətinlik ola bilməyəcəyini xəbər vermişdir.
Quranda izah edilən bu gerçəyi tam olaraq anlayan insan, dünya həyatında hər nə ilə qarşılaşırsa qarşılaşsın, halından məmnun olmağı və bu hadisənin ardındakı gözəllikləri və hikmətləri görə bilməyi bacarır.
Bəzi insanlar isə, illərdir yaşadıqları bu dünyanın niyə və necə var olduğunu heç düşünmədən həyatlarına davam edirlər. Əlbəttə ki, vicdani olaraq qarşılarına çıxan möcüzələrin və mükəmməl nizamın bir yaradıcısı olduğunun fərqindədirlər. Ancaq dünya həyatına olan sevgilərindən, ya da qarşı-qarşıya gələcəkləri gerçəkləri qəbul etmək istəməmələrindən ötrü Allahın varlığını düşünməkdən çəkinirlər. Gündəlik həyatda qarşılaşdıqları hadisələrin hamısının Allahın bir nizam və bir hikmətlə yaratdığını görməzlikdən gəlir, bunları şans, ya da təsadüf kimi xəyali anlayışlarla şərh edirlər. Bu da onların hadisələrə xeyir gözüylə baxmalarını, yaşadıqlarından hikmətli nəticələr çıxara bilmələrini əngəlləyir.
Bəziləri də Allahın varlığını bilir, bütün kainatı və insanı yaradanın Allah olduğunu idrak edirlər. Yağışı yağdıranın, şimşəyi çaxdıranın, ya da günəşi doğduranın Allah olduğunu bilirlər. Bunun əksini əsla düşünmürlər. Ancaq gündəlik həyatda qarşılarına çıxan hadisələrin, ya da kiçik kimi görünən detalların Allahdan müstəqil olaraq baş verdiyini sanırlar. Halbuki evlərinə girən oğrunu, ayaqlarına dəyən daşı, yağan yağışı, məhsuldar, ya da quraq ərazini, yolunda gedən, ya da iflasa uğrayan işi, unudulub yanan bir yeməyi də yaradan həmişə Allahdır. Bu haqda insan düşüncələrini mümkün olduğu qədər genişləndirməlidir. Çünki hər hadisə, hər detal Allahınizni ilə baş verir. Hər hadisə çox incə bir nizamla Allahın sonsuz ağıl və hikməti ilə hazırlanmış və yaradılmışdır. Allah insanın ayağına bulaşan palçıqdan tutmuş, partlayan təkərdən, dəridə yaranan qırışlardan, xəstəlikdən, yolunda getmirmiş kimi görünən işə, yazılan bir yazıdan deyilən ən kiçik bir sözə qədər hər şeyi, xüsusi bir plan ilə insanın qarşısına çıxarır.
İnsanın gözlərini dünyaya açdığı andan etibarən qarşılaşdığı yaxşı, ya da pis kimi görünən hər hadisəni Allah yaradır. Həyata bir bütün olaraq yer üzünün tək hakimi olan Allah nəzarət edir. Allah qüsursuz, mükəmməl, hikmətli və ən gözəl şəkildə yaradandır. Bu, Allahın yaratmış olduğu qədərdir; Allahın yaratdığı qədərdəki hadisələr arasından bir qismini ayırıb bir kənara qoymaq və bunlara yaxşı, digərlərinə isə pis kimi baxmaq doğru deyil.
Elə isə insana düşən bu mükəmməlliyi görüb təqdir etmək və Allahın ağlının ola biləcək ən qüsursuz nəticələri yaradacağını bilərək hər hadisənin xeyirli olduğunu dərk etməkdir. Çünki Allaha iman edən və imanı ilə hər hadisəni xeyirli şəkildə qiymətləndirib, xeyirli olduğunu düşünən insan dünyada da, axirətdə də həmişə xeyir və gözəlliklərlə qarşılaşacaq.
Yuxarıda danışdığımız bu böyük həqiqətə, Quranda bir çox ayə ilə diqqət çəkilmişdir. Buna görə qədər gerçəyini unutmaq böyük bir yalnış olar. Allahın yaratdığı qədər birdir və yazıldığı kimi baş verir. Bəzi kəslərin ağlına qədər (alın yazısı) deyildiyində sanki "fəlakətlərə boyun əymək" kimi səhv bir anlayış gəlir. İman edənlər isə qədəri ən doğru şəkildə qavrayır və qədərinin özləri üçün ən xeyirlisi olduğunu bilirlər.
Qədər müsəlman üçün əvvəldən sona qüsursuz hazırlanmış, hikmət və xeyirlərlə dolu cənnət hazırlığıdır. Möminin bu dünyada qarşılaşdığı hər çətinlik cənnətdə sonsuza qədər alacağı zövqlərin, sevincin və hüzurun qaynağıdır.
Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. (İnşirah Surəsi, 5)
ayəsi də bir yönü ilə bu gerçəyə işarə edir. Möminin göstərdiyi səbr və cəsarət, çox gözəl nemətlərlə sonsuza qədər mükafatlandırılmış halda qədərdə yazılıdır.
Mömin gün ərzində bəzi hadisələrə kədərlənə bilər, narahatlıq yaşaya bilər. Bu kədər və narahatlığın səbəbi o an üçün, qarşısına çıxan hadisələrin qədərdə olduğunu, hər şeyi Allahın yaratdığını unutmuş olmasıdır. Ona, "bu hadisəni Allah xeyirlə yaratdı" deyilsə əgər o anda qafil deyilsə dərhal gerçəkləri görər və rahatlayar. Buna görə müsəlman anbaan hər hadisənin qədərdə olduğunu daim xatırlamalı və xatırlatmalıdır. Allahın əzəldə xeyir və hikmətlə yaratdığı hadisələrə təvəkkül etməli, gözəlliklərini görməyə, hikmətlərini anlamağa çalışmalıdır. Hər insan Allahın diləməsi ilə bu gerçəkləri anlaya bilər. Bəlkə hadisələrdəki saysız xeyir və hikmətin hamısı ilk anda anlaşılmaya bilər; amma əgər bir hadisə reallaşmışsa bilinməlidir ki, o onsuz da müsəlman üçün Allahın yaratdığı xeyir və hikmətlə birlikdə reallaşmışdır.

0 коммент.:

Отправить комментарий