MÖMİNLƏR ÜÇÜN HƏR HADİSƏDƏ XEYİR VARDIR



MÖMİNLƏR ÜÇÜN HƏR HADİSƏDƏ BİR XEYİR VARDIR

Hər insanın həyatında çətin an deyə xarakterizə edəcəyi zamanlar var. Quran əxlaqından uzaq yaşayan insanların çoxu bu anları narahatlıq, kədər və sıxıntılı an kimi keçirirlər. Belə bir mühitdə əsəbilik, gərginlik, mübahisə tez- tez baş verir. Bu hadisələrin tək səbəbi isə əvvəldən bəri dediyimiz kimi bu insanların din əxlaqından uzaq yaşamalarıdır. Allaha və Onun yazdığı qədərə iman gətirmədikləri üçün qarşılaşdıqları hadisələrin, çəkdikləri çətinliklərdə bir hikmət və xeyir görmürlər. Belə ki, iman etmədikləri üçün dünyada yaşadıqları hər an əleyhlərinədir, onlar da bunun sıxıntı və gərginliyi ilə yaşamağa davam edirlər.

Möminlər isə Allahın dünya həyatında onlar üçün yaratdığı çətinliklərin bir imtahan olduğunu bilirlər. Bu sınaqların saleh müsəlmanlar ilə “qəlblərində xəstəlik olan” və səmimi qəlbdən iman etməyən insanları ayırd etmək üçün xüsusi yaradıldığının fərqindədirlər. Çünki Allah müsəlmanları mütləq sınayacağını və doğrularla yalnışları bir-birindən ayıracağını Quranda belə vəd edir:

Yoxsa Allah içərinizdən cihad edənləri və səbr edənləri bilib ayırd etməmişdən qabaq Cənnətə girəcəyinizimi güman edirsiniz? (Ali- İmran surəsi, 142)

Allah pisi yaxşıdan (münafiqi mömindən) ayırmaq üçün möminləri sizin (indi) olduğunuz vəziyyətdə qoyan deyildir…. (Ali-İmran surəsi, 179)

Bu mövzu ilə bağlı Quranda Peyqəmbərimiz(s.ə.v) zamanında yaşanan belə bir hadisə nümunə olaraq göstərilir:

İki ordunun qarşılaşdığı gündə başınıza gələn fəlakət də Allahın iznilə oldu ki, möminləri ayırd etsin. Və münafiqləri onlardan fərqləndirsin...(Ali-İmran surəsi, 166-167)
Yuxarıdakı ayələrdə bu ana qədər bəhs etdiyimiz mövzu açıqlanır. Peyqəmbərimizin(s.a.v) dövründə müsəlmanlar çətin anlarla qarşılaşıb, zahirən bir çox sıxıntılar yaşayıblar. Zahirən möminlər çətin mübarizədə imiş kimi görünürdülər. Ancaq ayələrdə bildirildiyi kimi bu hadisələr də Allahın izni ilə baş verib və möminlərə zərər verməyə çalışan münafiqlərin ortaya çıxmasına vəsilə olub. Yəni, nəticə möminlər üçün – həmişə olduğu kimi - xeyrə çevrilmişdir.

Möminlər bu ayələrdə xəbər verilən həqiqətləri bildikləri üçün pis görünən hadisəni ya da çətin anı, səmimiyyətlərini, Allaha bağlı olduqlarını və təvəkküllərini göstərmək üçün gözəl fürsət olaraq dəyərləndirirlər.

Dünyada həm çətinliklərlə, həm də nemətlərlə sınandıqlarını əsla ağıllarından çıxarmırlar. Bu gözəl əxlaqlarının və təslimiyyətlərinin nəticəsi olaraq Allah pis görünən hadisələri və çətinlikləri saleh qullarının lehinə çevirir.

Növbəti bölümlərdə insanların gündəlik həyatlarında qarşılaşa biləcəkləri bəzi çətinliklərdən, dünya həyatına xas sınaqlardan bəhs ediləcək. Məqsəd, inananlar üçün çətin görünən hadisələrin ardında gizli xeyirlər, dünyada və axirətdə çətinliklərə səbr etməyin möminlərə gətirəcəyi gözəllikləri və nemətləri xatırlatmaqdır.

 
Mallarin azalmasi ilə sinanma

İnsanların çoxunun həyatdakı ən önəmli məqsədlərindən biri, var dövlətə sahib olmaqdır. Həyatlarında çox mühüm olan bu məqsədlərini həyata keçirmək üçün hər yolu sınayır, heç bir şeydən çəkinmirlər. İnsanların mala verdikləri bu dəyər Quranda “dünya həyatının keçici zövqü” olaraq bildirilir:

Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır. ( Ali-imran  surəsi, 14)

(Bəzi adamların fəxr etdiyi) mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid etibarilə daha xeyirlidir! (Kəhf surəsi, 46)

Allah bir başqa ayəsində din əxlaqından uzaq yaşayan insanlar üçün 

“Mal-dövləti isə daha çox sevirsiniz.” (Fəcr surəsi, 20) 

deyə buyurur. Bu ayədən də aydın olduğu kimi cahiliyyə cəmiyyətinin insanları mal sahibi olmaq üçün çalışır. Çünkü mal və mülk zənginliyi, din əxlaqında olmayan cəmiyyətlər üçün üstünlüyü ifadə edən əhəmiyyətli xüsusiyyətdir.  Bu səhv anlayışda malı olana hörmət edilir, dəyər verilir. İnsanlar istədikləri zənginliyi əldə etdikdə çox böyük gücə sahib olduqlarını düşünürlər. Buna görə hər kəsin istəyi var-dövlətə sahib olmaqdır.
Cahiliyyə cəmiyyətinin mal-dövlətə bu qədər bağlı olması onların həyat boyu sahib olduqlarını itirmək qorxusu ilə yaşamasına səbəb olur. Bu yalnış məntiqə və anlayışa sahib olan bəzi insanlar, malları hər hansı səbəbdən onlardan alınsa, Allaha qarşı üsyan edirlər. Mallarının əksilməsinin əslində sınaq olduğunu unudaraq bu hadisəni bədbinliklə qarşılayırlar. 

Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz! (Hədid surəsi, 23)

Allah ayələrində insanları etidallı olmağa və gözəl əxlaqa çağırır. Bir insanın var-dövləti artdıqda qürrələnməsi, əksiləndə isə ümidsizliyə qapılması Allaha qarşı nankorluqdur.
Ancaq hadisələri səhv dəyərləndirən cahil insanlar maddi cəhətdən bir sıxıntı ilə qarşılaşdıqlarında kədərlənməyi təbii qəbul edirlər. Məsələn, insanın həyatı boyu çalışıb sahib olduğu sərvəti təbii fəlakətlə bir neçə saniyədə əlindən alınar, ya da uzun müddət pul yığıb aldığı gözəl ev qısa müddətdə yanaraq yararsız hala gələr. Dünya həyatının sınaq dünyası olduğunun və belə bir hadisə ilə imtahan edildiyini anlamayan insan, malı bir anda əlindən alındıqda özünü itirir mənfi və üsyankar tərzdə davranır.

Din əxlaqından uzaq olan insanlar mal itgisini bu səhv dünya görüşü ilə dəyərləndirdikləri üçün bu hadisənin xeyirli, müsbət tərəfinin olmayacağını düşünürlər. Buna görə də, bu dünyagörüşləri və Allaha qarşı görsətdikləri təvəkkülsüzlük səbəbi ilə həqiqətən də bu hadisə öz əleyhlərində olur.

Halbuki xeyir gözü ilə baxan insanlar üçün vəziyyət tamamilə fərqlidir. Mülklərinin itirilməsində o anda bilmədikləri bir çox hikmət və xeyir var. Bəlkə də Allah bu vəsilə ilə var dövləti ilə lovğalanan, özünü hamıdan üstün sayan, dünya həyatının keçici zövqünə aldanan qullarını xəbərdar edir. Onlara bütün gücün Ona aid olduğunu və sadəcə Ona rəğbət ediləcəyini xatırladır və ya o çətin anda səbrli, təvəküllü qullarına dünyada və axirətdə daha gözəli ilə qarşılığını verərək onlar üçün bilmədikləri xeyirli gələcək təmin edir. Dünya həyatının müvəqqəti və zahiri mənfəətləri ilə axirətin sonsuz nemətləri müqayisə edildikdə sonsuz axirət nemətlərinin daha xeyirli olduğu son dərəcə açıqdır.
Bu  hadisələr dünyada bir çox xeyirlərə vəsilə ola bilər. Məsələn, bir nəfər təzə maşını ilə qəzaya düşsə, avtomabili zədələnsə bunda mütləq xeyir var. Allah bəlkə də bu insanı daha böyük bir qəzadan, ya da başına gələcək pis hadisədən qorumuşdur. Vicdanlı insan başına gələn bu hadisəni xəbərdarlıq olaraq düşünüb bağışlanma diləyir və Allahın yaratdığı qədərə qeyidsiz şərtsiz təslim olur.

“Ola bilsin ki, sevdiyiniz şey sizin üçün şərdir”

Daha əvvəl də dediyimiz kimi Bəqərə surəsinin 216-cı ayəsində Allah “zərər” olaraq bildirilən bəzi şeylərin insanlar üçün xeyir gətirəcəyini xəbər vermişdir. Ancaq bu ayədə bununla yanaşı insanların sevdiyi şeylərin onlar üçün “şər” ola biləcəyi də xəbər verilib. Quranda bu mövzu ilə əlaqədar çəkilən misal, xəsislik edən varlı inkarçıların mövqeləridir. İnkarçıların, xəsisliyi xalq arasında “oyanıqlıq” zənn etməsi və Allah yolunda xərcləmədiklərinin onlar üçün bir faydalı olacağını sanmaları çox böyük qəflətdir. Çünkü Allah bu var-dövlətin  sahibləri üçün “zərərli” olduğunu və axirətdə onlara bir əzab olaraq dönəcəyini bildirir:

Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır...(Ali-İmran surəsi,180)

Qəsəs surəsində də Allahın onlara var-dövlətin verdiyi, lakin bu səbəblə qürrələnən və azğınlaşan Harunun vəziyyəti bildirilir. Ona edilən xəbərdarlıqları dinləməyən Harun insanlar üçün ibrətdir. Harunun bu vəziyyəti Quranda belə bildirilir:

Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik. Qövmü ona belə dedi: “(Malına qürrələnib) sevinmə. Şübhəsiz ki, Allah (malına qürrələnib) sevinənləri sevməz! Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma. Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!” (Qarun) dedi: “Bu (var-dövlət) mənə yalnız məndə olan elm  sayəsində verilmişdir. Məgər o (Qarun) Allahın ondan əvvəl özündən daha qüvvətli və daha varlı olan neçə-neçə kəsləri məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmazlar. 

Ayələrdə bildirildiyi kimi Harun sahib olduğu var-dövlətinin ona xeyir gətirəcəyini sanmış və əlindəkilərlə lovğalanıb, özünü hər şeydən üstün sanmışdı. Ancaq sonda hüsrana məruz qalmışdır.

Möminlərin  üçün “mal-mülk” bura qədər dediyimiz cahil fikrindən tam fərqlidir. Quranda əmr edildiyi kimi davranan bir mömin üçün mülk sahibi olmaq həyatınıın əsasını təşkil etmir. Var-dövlət yığmaq kimi cahillərə xas davranışların heç biri mömin əxlaqında olmaz. Çünkü mömin həyatı boyu Allahın rızasını qazanmaq üçün çalışır. Buna görə də mallarını da Allah yolunda infaq edir və nəfsinə aldanmir. Dünyəvi qazanca deyil, həmişə axirətdə qazanacağı gözəlliklərə yönəlir. Belə hərəkət edən möminlər Allah qatında üstün tutulur və Allah onları Quranda belə müjdələyir:

Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)! (Tövbə surəsi, 111)

Bu həqiqəti anlayan peyqəmbərlər, elçilər, saleh möminlər tarix boyu onlara  nemət olaraq verilən mallardan Allahı razı edə biləcək şəkildə istifadə ediblər. Məsələn, ayədə bildirildiyi kimi möminlər

"... sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrə " (Bəqərə surəsi, 177)

 verəcək əxlaqa və mərhəmətə sahibdirlər. Bundan başqa möminlər bəzi insanlar kimi göstəriş üçün deyil tam əksinə

”... Mallarını Allahın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək üçün " (Bəqərə surəsi, 265)

infaq edərlər. Bu səbəbdən mallarında azalma olduqda da cahillərdən fərqli olaraq möminlər bunun Allahın imtahanı olduğunun fərqində olaraq hərəkət edir, səbr edir və bunda da bir xeyir olduğunu bilirlər. İnananların belə bir vəziyyətə necə münasibət göstərəcəyi Quranda belə bildirilir:
(Ya Rəsulum!) De: “Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən! ( Ali- İmran surəsi, 26)

Nəticədə inananlar çox yaxşı bilirlər ki, inkarçıların malları onlara dünyada xeyir deyil, əksinə əzab olacaq. Bu Allahın vədidir. Ayədə belə deyilir:

(Ya Peyğəmbərim! Münafiqlərin) nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünyada əzab vermək, kafir olduqları halda, canlarını almaq istər. (Tövbə surəsi, 55)

XƏSTƏLİKLƏRDƏKİ HİKMƏTLƏR

Cahiliyyə cəmiyyəti davamlı olaraq gələcəyi üçün planlar qurur və bu planların hər zaman özləri istədikləri şəkildə həyata keçməsini gözləyirlər. Buna görə də ani xəstəlik və ya gözəmədikləri bir qəza ilə qarşılaşdıqda həmin an həyatları alt-üst olur. Çünki qurduqları planlarda xəstəlik və ya qəza kimi pis hadisələri düşünmürlər. 

Bu səbəbdən cahil insanlar belə hallarda üsyankar olurlar. “ Niyə mənim başıma  belə bir hadisə gəldi?” kimi qədərdə olan bu həqiqətə düzgün olmayan münasibət göstərirlər. Bu məntiqlə hərəkət edən, din əxlaqından uzaq yaşayan insanlar üçün bir xəstəlik və ya qəza zamanı təvəkkül etmək, ya da qarşılaşdıqları hadisəyə xeyir gözüylə baxmaq mümkün deyil.

Qədər həqiqətini anlamayan insanlar, başlarına gələn xəstəliyin səbəbi olaraq virusları və ya mikrobları görürlər. Yenə eyni şəkildə bir avtomobil qəzası olduqda sürücünün buna səbəb olduğunu düşünürlər. Halbuki həqiqət bu deyil. Xəstəliyə səbəb olan hər mikroorqanizm və ya insana zərər verən vasitələr, insanlar Allahın səbəb olaraq yaratdığı varlıqdır. Və bu varlıqlar heç biri öz- özünə yaranmayıb, ancaq və ancaq Allahın nəzarəti ilə hərəkət edirlər. Əgər bir insan virusa yoluxaraq xəstələnirsə, bu Allahın diləməsi ilə olur .

Əgər avtomobil birini vurub onu şikəst qoyursa, bu da Allahın yaratdığı qədərə tabe olan bir hadisədir. İnsan nə edirsə etsin bunları dəyişdirə bilməz, qədərində tək bir anı belə silə biməz. Çünkü qədər tam şəkildə yaradılır. Sonsuz qüdrət sahibi olan Allaha təslim olan, Onun sonsuz elminə və rəhmətinə güvənən insan üçün xəstəlik də, qəza da, digər müsibət kimi görünən hadisələr də sonu xeyirlə bitən keçici imtahandır.

Önəmli olan, Allaha iman edən, Onun yaratdığı qədərə təslim olan insanların bu tərz çətinlik və xəstəlik zamanı göstərəcəkləri gözəl əxlaqdır. Xəstəliklər və qəzalar, möminlərin səbrini və əxlaqının gözəlliyini göstərən imkan və Allaha yaxınlaşmaq üçün çox önəmli fürsətdir. Allah Quranda çətinliklər qarşısında göstərilən səbrin  əhəmiyyətini bildirərək xəstəlik dövrünü də izah etmişdir:

…Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə və cihad zamanı səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır! (Bəqərə surəsi, 177)

Yuxarıda da bilindiyi kimi ayədə xəstəlik dövrünün bildirilməsi düşündürücüdür. Fiziki narahatlıqlarla qarşılaşan insanın gözəl əxlaq göstərmək üçün bütün bunların imtahan olduğunu, xəstəliyi də, şəfanı da yaradanın sadəcə Allah olduğunu düşünməsi lazımdır. Əgər insan xəstəlikdəki və ya keçirdiyi qəzadakı xeyir və hikmətləri düşünsə, bunları o an anlamasa da qarşılaşdığı çətinlik ona xeyir gətirəcək. Dünyada müvəqqəti çətinliklərlə üzləşər lakin, Allahın diləməsi ilə axirətdə Rəbbimizə qəlbən təslim olmağın sonsuz gözəlliyi ilə mükafatlandırılacağını ümid edər.

Ancaq unudulmamalıdır ki, bu həqiqəti dərindən anlamaq və belə bir hadisə ilə qarşılaşdıqda gözəl əxlaq göstərmək çox önəmlidir.

Bunun üçün də bütün xəstəliklərin bir hikmət olaraq yaradıldığını ağlından çıxarmamalıdır. Allah diləsə insan heç vaxt xəstə olmaz, ağrı-acının nə olduğunun bilməz. Amma insan bu kimi çətinliklərlə qarşılaşdıqda bilməlidir ki, bu çətinliyin yaşanmasında, həm dünyanın keçiciliyini, həm də Allahın sonsuz gücünü anlaması üçün bir çox hikmətlər var.

Bu hissədə bu hikmətlərdən bir neçəsindən danışaraq, xəstəlik və ya qəza kimi hallarda səmimi möminin təvəkkül və təslimiyyətinin necə olacağına nəzər salacağıq.

XƏSTƏLİK İNSANA ACİZLİYİNİ VƏ ALLAHA MÖHTAC OLDUĞUNU XATIRLADIR

Xəstələndikdə insanın o günə qədər sağlam vücudu gözlə görmədiyi viruslara və mikroblara qarşı aciz olur. Bilindiyi kimi bir çox xəstəlik halsızlıq, müxtəlif yerlərdə ağrı ilə özünü biruzə verir. Hətta bəzi xəstəliklərdə insan yataqdan qalxmayacaq qədər yorğun ola bilir və çox ağrıyır. Mikroskopik virusun onun bədənində yaratdığı bu zəifliyə mane olmağa gücü çatmayan insan, o an acizliyini və Allaha nə qədər möhtac  olduğunu daha yaxşı anlayır. Beləliklə sağlam olduqda özündən razı olan, sahib olduqları ilə qururlanan adam bəlkə də lazimi qədər düşünmədiyi bu həqiqəti görə bilər. Hər şeyin yaradıcısı olan Rəbbimizin sonsuz qüdrətini daha yaxşı təqdir edə bilər.

Xəstəlik zamanı sağlam olmağın Allahın lütfü və neməti olduğu daha yaxşı anlaşılır

Günlük həyatda çox vaxt düşünülməyən mövzulardan biri də sağlam olmağın əslində nə dərəcə böyük nemət olmağıdır. Uzun müddət xəstə olmayan, heç bir narahatlıq , ağrı  hiss etməyən insan bu vəziyyətə alışır. Amma ani xəstəlik ilə qarşılaşdıqda əslində sağlam olmağın Allahın bir lütfü olduğunu anlayır. Çünkü bir şeyin dəyəri ya itirildikdə, ya da ondan məhrum olduqda çox yaxşı bilinir. Məhşur islam alimi Səid Nursinin də dediyi kimi “Soyuq olmasa istilik bilinməz, mənasız olar. Aclıq olmasa yemək ləzzət verməz. Xəstəlik olmazsa sağlamlıq ləzzətsizdir. Yəni her şey ziddi ilə anlaşılır və qiymət qazanır." Yəni hər şey əksi ilə bilinir və qiyməti olur.”

İnsan ciddi bir xəstəlikdə dünyanın müvəqqəti olduğunu, ölümü və axirəti daha çox düşünə bilir

İnsanların böyük qismi ən ağır xəstəliyə tutulanda və ya bədənin bir üzvünü itirəndə bunu pis hadisə olaraq dəyərləndirirlər. Ancaq, insanın xəstəliyi dərd olaraq, bəla olaraq deyil, axirəti qazanması və ancaq Allaha yönəlməsi üçün bir vəsilə olaraq ona verilə bilər.

Çünkü ciddi bir xəstəliyə tutulan insanın təbii olaraq, şüuru daha çox açılır. Yaşadığı çətin xəstəlik insanın qəflətdən çıxaraq həyatının mənasını və axirəti daha çox düşünməsinə səbəb ola bilir. Bu adam dünyaya bağlanmağın mənasız olduğunu və ölümün nə qədər yaxın olduğunu anlayır. Bütün həyatı qəflət içində keçərkən, heç gözləmədiyi bir anda xəstələnməsi ilə bəlkə də axirət həyatının və Allahın rızasını qazanmağın önəmini qavrayıb sonsuz cəhənnəm həyatından qurtula bilir.

İNSANIN ALLAHA DUASI VƏ YAXINLIĞI ARTIR

Ciddi bir xəstəliyin vücuddakı təsiri artdıqca insanların çoxu həmişə düşünmək istəmədiyi ölümü düşünməyə başlayır və səmimiyətlə Allaha dua edərək sağalmasını istəyir. Həyatı boyu heç dua etməmiş insan belə, amansız xəstəlik qarşısında Allaha yalvarmağa ehtiyac duyur.

Rəbbimizə qarşı son dərəcə səmimi dua edə bilir. Bu səbəbdən də Allaha olan yaxınlığı artır və əgər bu adam sağaldıqda da eyni səmimiyyətlə dua etsə, sağaldıqda nankörlük etməsə tutulduğu xəstəlik onun üçün böyük bir xeyirə, yəni ixlaslı həyat yaşamasına vəsilə olur.

Allah Quranda belə çətinliklərdə Ona yönələn insanlardan belə xəbər verir:  
     
İnsana nemət bəxş etdiyimiz zaman üz döndərər, uzaqlaşıb yan gəzər. Ona bir pislik üz verdikdə isə (Rəbbinə) uzun-uzadı dua edər. (Fisullət surəsi, 51)

İnsana bir sıxıntı (xəstəlik, yoxsulluq, bəla) üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü (əvvəlcə) Bizə heç dua etməmiş kimi çıxıb gedər. (Allaha şükür etməyi də unudub yaramaz işlərində davam edər). Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi.  (Yunus surəsi, 12)

İnsanlara bir ziyan toxunduğu zaman Rəbbinə tərəf dönüb Ona tövbə edərlər. Sonra (Allah) Öz mərhəmətindən onlara daddıran (onları möhnətdən qurtaran) kimi içərilərindən bir qismi Rəbbinə şərik qoşar. (Rum surəsi, 33) 

Ancaq yuxarıdakı ayələrdən göründüyü kimi insanın çətin anlarda dua etməsi yetərli deyil, Allaha sığınması lazımdır. Bu şəkildə xəstəlik və sıxıntı, bu çətinliklərə məruz qalan insanın acizliyini anlayaraq tövbə etməsinə və ömrünü Allaha tam təslimiyyətlə keçirməsinə vəsilə olacaq.

Xəstəliklərdə göstərilən səbrin və təvəkkülün qarşiliğini axirətdə sonsuz cənnətə qovuşaraq ala bilir

Daha əvvəldə dediyimiz kimi, xəstəliklərin bir hikməti də insanların səbrlərinin və Allaha olan təvəkküllərinin sınanmasıdır.  Möminlər xəstə olduqda Allaha olan sədaqətləri, göstərdikləri təvəkkül və səbrləri ilə cahil insanlarından fərqlənir. Çünki çətin anlarda göstərdikləri gözəl davranışların Allahaın rızasını qazanmağa uyğun olduğunu bilir və axirətdə də böyük bir qarşılığının olmasını diləyirlər. Xəstəlikdən əvvəl Allaha tam təslim olmamış adam bəlkə xəstəliyi sayəsində bu gözəllikəri qazana bilir, müvəqqəti dünya həyatındakı qısa müddətli sıxıntılarının qarşılığında sonsuz cənnət həyatının nemətlərinə qovuşa bilir.
Hz. İbrahimin xəstəlik qrşısında səmimi duası möminlər üçün gözəl nümunədir. Bu dua ayələrdə belə xəbər  verilir:

Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. Məni öldürəcək, sonra (yenidən) dirildəcək Odur. (Şüara surəsi, 80-81)

Bir başqa nümunə də Hz. İsa Əyyubun xəstəliyindəki davranışı və üstün əxlaqıdır. Quranda bildirildiyi kimi, Hz. Əyyuba şiddətli sıxıntı gəlmiş, ancaq bu arada Allaha çox böyük bağlılıq və sədaqətlə nümunəvi əxlaq göstərmişdir. Bu səbəblə Hz. Əyyub Allaha olan təslimiyyəti və təvəkkülü ilə Quranda təriflənmiş peyğəmbərdir.

Quranda xəbər verildiyi kimi Hz.Əyyub şeytanın təlqinləri ilə qarşılaşmışdır. Şeytan onun həssaslığından faydalanaraq onu təvəkkülsüz davranmağa təşviq etməyə calışır. Xəstəlik, ya da bir sıxıntı vaxtı insanlar şeytanın təlqinlərinə uya bilər, ancaq Hz. Əyyub Allaha könüldən bağlı bir peyğəmbər olaraq şeytanın bu tələlərinə düşmür.

Sıxıntısını səmimi olaraq Allaha bildirir və Ondan kömək istəyərək dua edir. Quranda Hz. Əyyubun ən çox etdiyi dua belə bildirilir:

Əyyubu da (yada sal)! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi: “Mənə bəla üz verdi. Sən rəhmlilərin rəhmlisisən!” Biz (Əyyubun) duasını qəbul buyurduq, onu düçar olduğu bəladan qurtardıq…(Ənbiya surəsi, 83-84) 

Allah onun bu səmimi duasına qarşılıq verərək “Şəfi”(şəfa verən) ismi ilə nəyin ona şəfa olacağını Hz. Əyyuba  bildirmişdir. Ayələrdə belə bildirilir:

(Ya Peyğəmbər!) bəndəmiz Əyyubu da yad et! Bir zaman o öz Rəbbinə müraciətlə belə demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!” (Ona belə buyurduq: ) “Ayağınla (yerə) vur! Bu, yuyunacaq və içiləcək sərin!” Dərgahımızdan bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona ailəsini və üstəlik bir o qədər də bağışladıq. “Əlinə  bir dəstə götür və onunla (övrətini) vur. Andını pozma. Biz onu  səbr edən gördük. Nə gözəl bəndə! O, (daim Allaha) sığınan bir kimsə idi. (Sad surəsi,  41-44)

Hz. Əyyub ona üz verən sıxıntı əsnasında Rəbbimizə olan təvəkkülü, bağlılığı və səbri ilə göstərdiyi üstün əxlaqın mükafatını və qarşılığını heç şüphəsiz əskiksiz olaraq almışdır. ( Doğrusunu Allah bilir) Ondan sonra gələn bütün müsəlmanlara da bu dərin təvəkkülü ilə gözəl bir nümunə olmuşdur.

MÖMİNLƏRİN ETDİKLƏRİ XƏTALARDA DA XEYİR VAR

Cahiliyə cəmiyyətində ən çox çəkinilən mövzulardan biri səhv etməkdir. Çünkü səhv edən adam cəmiyyətin gözündə alçalır və insanlar ona lağ edirlər.

Və ya mühüm bildiyi fürsətləri itirə bilir. Buna görə də cahil insanlar arasında səhv etmək adətən qorxulu yuxu kimidir.

Halbuki Quran əxlaqında vəziyyət olduqca fərqlidir. İlk olaraq iman edənlər heç kimi etdikləri səhv ilə dəyərləndirmirlər. Səhv edən adamın da bir insan olduğunu, səhv edə biləcək biri olduğunu bilir, ona qarşı şəfqət və mərhəmət duyurlar.

Bununla birlikdə mömin özü bir xətaya düşdükdə isə səmimi olaraq düşünüb səhvini anlayır, Allah qorxusu və vicdanı ilə həmin an səhvini düzəltməyə çalışır. Sonsuz mərhəmət sahibi olan Allaha dua edir və bağışlanma diləyir.

Möminin səhv etdikdə duyduğu peşmanıq da yenə onun üçün xeyirlidir. Çünkü bu cahillərin yaşadığı sıxıntılı peşmanlıq deyil, bir də eyni xətayı təkrarlamamaqdan ibarətdir. Belə vəziyyətdə göstərdiyi təslimiyyət, təvəkkül və bütün hadisələrin qədərində olduğunu bilərək hərəkət etmək çox mühümdür. Beləliklə Allaha olan yaxınlığı daha çox artır.

“HƏR NƏFS ÖLÜMÜ DADACAQDIR...”

Cahiliyyə inancına görə insanın başına gələn ən pis hadisələrdən biri, yaxınlarının və ya özünün ölümüdür.  Ölümə yaxınlaşmaq  və ya bir yaxınını itirmək ən çox qorxduqları şeylərdən biridir. Ölüm mövzusu həmişə bir an öncə bağlanılır və başqa mövzulardan danışılaraq dəyişdirilən mövzu olaraq dəyərləndirilir.

Cahil insanların düşüncəsinə görə bəlkə də bir çox mövzuya xeyir gözü ilə baxıla bilər, amma bir insanın ölümündə heç vaxt xeyir görülmür. 

Din əxlaqını yaşamayanların ölümü dəyərləndirməsi bir-birinə bənzəyir və fərqli bir düşüncə ağıllarından keçmir. Bəhs etdiyimiz ölüm yox olmaq və axirət həyatına tərəddüd ilə yanaşmaqdır.  Din əxlaqından uzaq insanlar üçün dünya həyatı sahib ola biləcəkləri tək ömürdür.  Bu səbəbdən  ona görə ölüm ilə birlikdə bu imkan tamamilə yox olur  və səhv anlayışlarına görə ölən adamın arxasından geriyə sadəcə kədər qalır. Xüsusən də çox sevdiyi bir yaxını vəfat edən insan daxilən mütləq böyük kədər və sıxıntı yaşayır. Hətta bir yaxınını gənc yaşda öldükdə Allaha və qədərə qarşı üsyanlar bir-birinin ardınca edilir.

Halbuki din əxlaqından uzaq olmaq bu insanlar üçün çox önəmli həqiqətləri unutdurur: Əvvəlcə yer üzündəki insanların heç biri  öz istəkləri ilə dünyaya gəlmir. İnsanların heç biri öz iradələri ilə həyat sahibi olmur. Bütün insanların yaşaması Allaha aiddir. Hər kəs Allahın təqdir etdiyi zamanda və Onun diləməsi ilə həyata gəlmişdir. Göylərin, yerin və ikisi arasındakı canlı cansız hər varlığa sahibi olan Allah, dilədiyi adamın canını dilədiyi şəkildə və dilədiyi zamanda alacaq. Allahın qədərdə bildirdiyi bu vaxtın heç kimin gecikdirmə və ya tezləşdirməyə gücü çatmaz. Bu həqiqət Quranda belə bildirilir:

Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O, (lövhi-məhfuzda) vaxtı müəyyən edilmiş bir yazıdır. (Cihadda) dünya mənfəəti istəyən şəxsə dünya mənfəətindən, axirət savabı istəyən şəxsə isə axirət savabından verəcək. Şükür edənləri də, əlbəttə, mükafatlandıracağıq! (Ali- İmran surəsi 145)

Bundan başqa insan ölümdən uzaqlaşmaq üçün nə qədər tədbir alırsa alsın, nə qədər güvənli yerə sığınırsa sığınsın ölümdən qaça bilməz. Heç gözləmədiyi bir şəkildə bu dünyadan ayrıla bilər. Eyni şəkildə bir yaxınının ölməməsi üçün nə qədər çalışsa da, hətta bütün dünyanın imkanlarını səfərbər etsə də bu istəyi- Allah diləmədikcə- həyata keçməz. Bir ayədə ölümün hər yerdə insanı tapacağı şəkildə ifadə edilmişdir:

Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə… (Nisa surəsi 78)

Buna görə də insan ölümdən qaçmağa, ya da yaxınlarını qaçırmağa çalışmamalı, əksinə ölümdən sonrakı həyat üçün hazırlıq etməli və sevdiyi insanların da axirətdəki sonsuz həyatları üçün hazırlıq etməyinə vəsilə olmalıdır.

ÖLÜM SON DEYİL, BAŞLANĞICDIR

Axirət inancı olmayan və ya inancları zəif olan insanların ölümləri və olümdən sonrakı həyata baxış tərzləri son dərəcə açıqdır. Bu səbədən yuxarıda bəhs etdiyimiz kimi ölümü xeyirli hadisə olaraq deyil, bir müsibət olaraq dəyərləndirirlər. Ölən adamı bir də heç vaxt görməyəcəyini və onun torpaq olaraq yox olduğunu düşünürlər.

Halbuki ölüm bir yox oluş deyil, əksinə insanların əsl yudları olan axirət həyatına keçmək üçün bir vəsilədir. İnsanların, dünyada etdikləri yaxşılıqların və pisliklərin qarşılığını  görəcəkləri  hesab yoluna yaxınlaşdıqları bir hadisədir. Bu bəzi insanlar üçün çox gənc yaşlarda, bəzilərində isə yuxarı yaşlarda ola bilər.  Amma  nəticə olaraq heç bir insan dünyada əbədi qalmayacaq. Bu səbəbdən ölümdən qaçmaq, ölümü düşünməmək, ölümü bir müsibət olaraq dəyərləndirmək son dərəcə ağılsız bir davranışdır.

Bəzi adamlar isə axirət inancları olduğunu demələrinə baxmayaraq, yenə də ölən adamın arxasından ağlamağı və kədərlənməyi normal qarşılayırlar. Halbuki Allahın ədaləti sonsuzdur. Ölən adam Rəbbimizə hesab verəcək və dünyada etdiyi hər şeyin qarşılığını misli qədər alacaq. Bu səbəbdən Allaha və axirət gününə inanan, dünya həyatında Rəbbimizin istədiyi kimi həyat yaşayan  hər insan üçün ölüm, sonsuz gözəllikdəki bir həyatın qapısıdır. İman edənlər üçün ölüm əbədi qurtuluşun başlanğıcıdır. Ancaq dünyada lovğalanan, axirəti inkar edən, Allaha hesab verəcəyini gözardı edən cahil insanlar üçün ölüm sonsuz əzabın qapısıdır. Buna görə bu insanların, ölümü bir xeyir olaraq dəyərləndirməsi mümkün deyil.

Bir möminin ölümü ilə qarşılaşan digər möminlərin göstərdikləri əxlaq cahil əxlaqından və hərəkətlərindən çox fərqlənir.Çünkü cahiliyyə inancına görə ola bilən ən pis hadisə olaraq dəyərləndirilən ölümü,mömin  Allahın aşağıdakı ayəsinə əsasən dəyərləndirir:

Əgər Allah yolunda öldürülər və ya ölərsinizsə, Allahın sizi bağışlaması və rəhm etməsi şübhəsiz ki, (kafirlərin dünyada) topladıqları şeylərdən (sərvətdən) daha xeyirlidir. ( Ali-İmran surəsi, 157)

Bu ayədə də göründüyü kimi, möminlərin həyatları kimi ölümləri də xeyirlidir. Xüsusən də Allah yolunda ölən möminlər üçün Allah qatında xüsusi dərəcə var. Bu səbəbdən şəhidlik məqamı əslində bir möminin şərəfidir və axirətdəki əcrini artıran xeyirli hadisədir. Axirət həyatını hədəf seçən və Allahın razılığını qazanmaq məqsədi ilə yaşayan möminin Allah yolunda şəhid olması son dərəcə sevindirici andır. Quranda xəbər verilmiş bu müjdəni bilən möminlər, bir başqa mömin Allah razılığını qazanmaq üçün çalışarkən ölərsə heç vaxt kədərlənmir. Tam əksinə bu möminin ölümündəki xeyirləri və gözəllikləri görərək nəşəli və sevincli olur. Şüphəsiz  gözəlliklərin ən üstünü Allahın rızasını və cənnətini qazanmaqdır. Uzun və xeyirli ömür yaşayan möminin Allah qatında üstün dəyəri olduğu ümid edilir.

Buna cavab olaraq inkarcı cəmiyyətin düşündüyü səhvlər var ki, o da onlara verilən həyatın nə qədər uzun olsa da o qədər xeyirli olduğunu düşünməsidir. Aşağıdakı ayədə Allah bu haqda həqiqəti çox qəti şəkildə bildirilir:
Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar alçaldıcı bir əzab görəcəklər! ( Ali- İmran surəsi,178)

Bütün ideyalarını və həyatlarını dünya həyatının müvəqqəti xeyrini əldə etmək məqsədi ilə planlayan cahil insanlar ömürləri nə qədər uzun olsa, o qədər çox dünyəvi nemətlərindən faydalana biləcəklərini düşünürlər. Beləliklə Allahı və axirət gününü tamamilə unudaraq yaşayan bu insanlar, boş yerə sərf etdikləri vaxtın axirət həyatında nə qədər mühüm olduğunun fərqində olmurlar. Halbuki yuxarıdakı ayədə də bildirildiyi kimi, özləri üçün xeyir olduğunu düşündükləri bu müddət əleyhlərinə olur.

Bunları düşünən insan, xeyir və şər mövzusunu necə dəyərləndirəcəyini, Allahın

 “Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, xoşladığınız bir şey sizin üçün zərərli (Bəqərə surəsi, 216) 

ayəsinə baxaraq anlaya bilər.