Peyğəmbərlərin və saleh müsəlmanların həyatlarını araşdırdığımızda, bu müqəddəs insanların həyatlarının inkar edənlərlə mübarizədə keçdiyini görürük. Bu insanlar bəzən ilk baxışda əleyhlərinə imiş kimi görünən bir çox hadisə ilə qarşılaşmışlar. Bu nöqtədə, peyğəmbərlərin və onlara tabe olan möminlərin ən nəzərə çarpan xüsusiyyətlərindən biri qarşımıza çıxır: Mühit nə qədər çətin olursa olsun, qarşılaşdıqları hadisələrin Allahın idarəsində olduğunu bilmənin hüzur və təvəkkülü içindəki yetkin davranışları…
PEYĞƏMBƏRİMİZİN (SƏV) ALƏMLƏRƏ NÜMUNƏ OLAN TƏVƏKKÜLÜ
Hz. Məhəmməd (səv) bütün digər peyğəmbərlər kimi həyatı boyu bir çox çətinliklə qarşılaşmış, bu hallarda göstərdiyi səbr və təvəkkül ilə müsəlmanlara çox gözəl nümunə olmuşdur. Quranda izah edilən bir hadisə, Hz. Məhəmmədin (səv) göstərdiyi üstün əxlaqı və Rəbbimizə olan sarsılmaz təvəkkülünü çox yaxşı vurğulayır.
Peyğəmbərimiz (səv), Məkkədən çıxdığında müşriklər onu öldürmək məqsədiylə izləmişdilər. Peyğəmbərimiz onlardan gizlənmək üçün bir mağaraya sığınmış, ancaq müşriklər sığındığı mağaranın qapısına qədər gəlmişdilər. Belə çətin bir anda Peyğəmbərimiz (səv) yanındakı mömin yoldaşına, kədərlənməməsini söyləmiş və ona Allaha təvəkkül etməyi xatırlatmışdır. Bunu xəbər verən ayə belədir:
HZ. YUSUFUN SARSILMAYAN TƏSLİMİYYƏTİ
Möminlər üçün "şər kimi görünən" hadisələrin xeyirə çevrilməsiylə əlaqədar Quranda verilən ən gözəl nümunələrdən biri də Hz. Yusufun həyatıdır. Hz. Yusuf, uşaqlığından etibarən başına gələn hər hadisədə göstərdiyi yetkinlik və Allaha olan bağlılığı ilə tanınır. Çətin vəziyyətlərdəki təvəkkülü ilə saleh bir möminin necə davranmalı olduğuna ən yaxşı nümunələrdən biridir. Özünə Allahı dost seçən Hz. Yusuf, hər şeyin "dostu"ndan gəldiyini bilmənin gətirdiyi rahatlıqla hər hadisədə bir xeyir axtarmışdır. Bu şəkildə həyatı boyu qarşısına çıxan hər sınağı bir fürsət bilmiş, hər an yetkin və təvəkküllü bir xarakter göstərmişdir.HZ. MUSANIN ÜSTÜN ƏXLAQI
Hz. Musanın tarix boyu yaşamış ən azğın insanlardan biri olan Firon ilə apardığı mübarizə Quranda ətraflı olaraq izah edilmişdir. Hz. Musanın Allahın dinini təbliğ etməsinə, Firon təzyiq və təhdidlə cavab vermişdir.
İnananları haqq dindən çevirmək üçün hər cür yolu sınayan Misir hökmdarı Firona qarşı Hz. Musanın göstərdiyi üstün əxlaq və təvəkkül, aləmlərə nümunə olacaq xüsusiyyətdədir.
O dövrü Quran ayələrinə əsaslanaraq belə canlandıra bilərik: Bir tərəfdə Firon, ölkənin hakimi olan və bütün gücü əlində cəmləyən adamdır; digər tərəfdə də yanında az topluluğu olan Hz. Musa vardır…
Подписаться на:
Сообщения (Atom)


