HƏR ŞEYİ XEYİRƏ YOZMAQ


Hadisələri xeyirə yozmaq əslində cəmiyyətin böyük əksəriyyətinin alışdığı bir haldır. İnsanların çoxu gündəlik həyatlarında tez-tez "xeyirdir inşAllah" kimi sözləri istifadə edirlər. Ancaq bu ya vərdişdən, ya da bu sözlərin xalq arasında ənənəvi hala gəlməsindən qaynaqlanır. Yoxsa bu insanların böyük əksəriyyəti xeyirə yozmanın gerçək mənada nə demək olduğunun, ya da bu anlayışın gündəlik həyatda necə yaşanacağının şüurunda deyildirlər.
Halbuki insanın yaxşı ya da pis, müsbət, ya da mənfi kimi görünən bütün hadisələri hər nə olursa olsun mütləq xeyirə yozması, Allaha qarşı olan səmimi imandan qaynaqlanan əhəmiyyətli bir əxlaq xüsusiyyəti və yenə imanın gətirdiyi bir həyat tərzidir. Və bu gerçəyin fərqinə varmaq da insana dünyada və axirətdə bütün nemətlərin qapısını açan, həyatına hüzur və sağlamlıq gətirən əhəmiyyətli bir mövzudur.
Gün ərzində möminin heç bir şeyə kədərlənib məyus olmaması, imanı doğru anladığının bir göstəricisidir. Başına gələn hadisələri xeyir gözüylə qiymətləndirə bilməmək, davamlı narahatlıq, qorxu, ümidsizlik, çatışmazlıq, hüzün, duyğusallıq isə imanı düzgün anlamamanın əlamətləridir. Bu yalnışlıq dərhal düzəldilməli, həmişə imanın gətirdiyi sevinc həyatın dəyişməz xüsusiyyəti halına çevrilməlidir. Allaha iman edən insan yolunda getmədiyini  və ya səhv olduğunu düşündüyü bir hadisə ilə qarşılaşdığında, əslində bunun özü üçün mütləq ən xeyirlisi olduğunu bilməlidir.
"Çatışmazlıq","kaş ki" kimi sözləri isə ancaq  dərs almaq, ibrət almaq məqsədiylə istifadə etməlidir. Yenidən eyni çətinliklə qarşılaşsa və ya eyni səhvə yol versə, yenə xeyir və hikmətlə yaradıldığını ağlından əsla çıxarmamalı və "gələn dəfə doğrusunu edim" deyə niyyət etməlidir. Hətta eyni hadisə dəfələrlə təkrarlansa, yenə müsəlman üçün bunun xeyir olduğu bilinməlidir; çünki bu, Allahın qanunudur və Allahın qanunu əsla pozulmaz.
İnsanın nəfsinin tətmin olmuş, sabit hala gəlməsi isə Rəbbindən gələn xeyir və hikmətin dayanmadan davam etdiyini bilməsi ilə mümkündür. Bu həqiqəti qavramaq dünyada mömin üçün böyük bir nemətdir. Dindən uzaq, inkar içindəki insan bitməz əzab içindədir; hər hadisəni öz əleyhində sanır. Və buna görə də davamlı çətinlik yaşayır. Mömin isə hər zaman hikmət və xeyirin sevincini yaşayır.
Buna görə orta yol seçmək, qarşılaşdığı hadisələri həm xeyrə, həm şərə yozaraq əzab içində qalmaq axirətdə möminə böyük utanc verə bilər. Bu qədər açıq və asan olan  bir gerçəyi tənbəllik və qəflətlə anlamazlıqdan gəlmək, vicdana və ağla tam qəbul etdirməmək axirətdə və dünyada əzaba səbəb ola bilər. Bilinməlidir ki, Allahın hazırladığı qədər bütün olaraq qüsursuz yaradılmışdır.
Milyonlarla hadisədən ibarət olan bu bütündə, xeyir gözüylə baxan insan üçün yalnız gözəlliklər, xeyirlər və hikmətlər vardır. İmanlı bir mömin iradə və ağıl ilə gün ərzində heç bir hadisədə şeytanın tələsinə düşmür. Hadisənin şəkli, obrazları, günü, yeri nə olursa olsun eyni xeyir hökmündə olduğunu əsla unutmur. Özü o an bu xeyri görə bilməyə bilər; amma əhəmiyyətli olan hər şeyin xeyirlə yaradıldığına qəti olaraq inanmaqdır.
Lakin insan tələskən olduğu üçün qarşılaşdığı hadisədəki xeyri dərhal görmək istəyir. Əgər bunu o an görə bilmirsə, özünün zərərinə olacaq şeyləri israr və inadla istəməyə davam edir. Quranda insanın bu tələskən xüsusiyyəti belə bildirilmişdir:
İnsan xeyirə dua etdiyi kimi, şərə də dua etməkdədir. İnsan çox tələskəndir. (İsra Surəsi, 11)
Halbuki insanın doğru və yaxşı gördüyü şeylərdə israr etməsi, bunları əldə etmək üçün tələsməsi deyil, Allahın, qarşısına çıxardığı hadisələrdəki hikmətləri və xeyirləri görə bilmək üçün çalışması lazımdır. Məsələn, insan maddi imkanlarının çoxalmasını çox istəyə və bunun üçün səy göstərə bilər. Ancaq bütün səyinə baxmayaraq bu istəyi uzun müddət, hətta heç bir zaman reallaşmaya bilər. Bunu özünün əleyhinə qiymətləndirən insan isə yanılır. Əlbəttə hər kəs Allahdan Allah yolunda xərcləməsi üçün mal-mülk istəyə bilər. Ancaq bu, gecikirsə və ya heç reallaşmırsa bunda böyük xeyirlər vardır. Bəlkə müəyyən bir yetkinliyi olmadan əldə edəcəyi zənginlik insanı Allah yolundan azdıracaq, şeytanın tələsinə salacaq. Belə bir hadisənin ardında, insanın yaxın zamanda görə biləcəyi və ya ancaq axirətdə qavraya biləcəyi buna bənzər daha bir çox xeyir ola bilər. Bir başqa nümunə olaraq isə bir iş adamı, iş həyatında böyük müvəffəqiyyət qazanacağı çox əhəmiyyətli bir görüşə yubana bilər. Amma bəlkə o görüşə getsə yolda bir avtomobil qəzasına düşəcək, ya da görüş başqa bir şəhərdədirsə mindiyi təyyarə qəzaya uğrayacaq.
Əlbəttə bunlar çox ümumi nümunələrdir və hər insan həyatında bu cür hadisələrlə qarşılaşmışdır. İlk baxışda yolunda getmirmiş kimi görünən hadisələrin bir çox xeyrini görmüşdür. Amma bunu unutmamaq lazımdır ki, insan ilk baxışda yolunda getmirmiş kimi görünən bu hadisələrin xeyrini hələ qavramaya bilər. Çünki bir az əvvəl də ifadə etdiyimiz kimi insan bir hadisədəki xeyri qısa müddətdə görməyə də bilər.
İnsan bəlkə bir hadisənin xeyrini illər sonra öyrənə bilər və ya heç öyrənməyə bilər. Bəlkə də Allah, qarşılaşdığı çətin bir vəziyyətin xeyrini ona axirətdə göstərəcək. Nəticə olaraq təvəkküllü və qədərə təslim olmuş bir insanın etməli olduğu, hər hadisəni -öz hikmətini qavrasın və ya qavramasın- xeyir gözüylə qiymətləndirmək və hər şeydən razı olmaqdır.
Ancaq bunu da xüsusilə ifadə etmək lazımdır ki, "xeyir gözüylə baxmaq", hadisələri görməməzlikdən gəlmək, əhəmiyyətsiz hesab etmək, ya da həddindən artıq optimist davranmaq demək deyil. Əksinə, mömin qarşılaşdığı hadisələrdə əlindən gələn bütün tədbirləri almaqla, hər yolu sınamaqla məsuldur. Hadisənin bu cəhətinin də mütləq nəzərə alınması lazımdır, çünki cahiliyyə əxlaqında fərqli anlayışlara malik insanlar da vardır. Məsələn, cahiliyyə cəmiyyətində hadisələrə laqeyd qalan və son dərəcə əhəmiyyətli hadisələrə belə optimist yanaşan qruplar vardır. Bu kəslər həm hadisələrə önəm vermədikləri üçün, həm də çıxış yolu göstərmək əvəzinə uşaq saflığı ilə davrandıqları üçün ağıllı qərar ala bilmirlər. Məsələn, özünə ciddi bir xəstəlik diaqnozu qoyulan adam "olsun, bir şey olmaz" məntiqiylə hərəkət etsə xəstəliyi daha da ağırlaşar. Ya da evi soyulduğu halda tədbir görməyi gərəksiz görən insan, yeni oğrulara öz əliylə yol açmış olacaq.
Şübhəsiz belə saf davranışların bu saytda nəzərdə tutduğumuz xeyirə yozmaq və təvəkkül anlayışları ilə heç bir əlaqəsi yoxdur. Bu tərz davranışlar hadisələrə ciddi yanaşmamanı göstərir. Belə düşüncə tərzindən uzaq olan möminlər, bir hadisə qarşısında əllərindən gələn hər tədbiri alırlar; yəni bir növ  "hərəkətli dua" etmiş olurlar. Ancaq bu səyi göstərərkən, hər işin nəticəsinin Allahın dilədiyi şəkildə reallaşacağını da ağıllarından bir an olsun çıxarmırlar.
Quranda bu gerçəyin şüurunda olan peyğəmbərlərin və saleh möminlərin həyatlarından nümunələr verilmiş, çətinlik və təzyiq qarşısında göstərdikləri təvəkkül insanlara nümunə göstərilmişdir. Bu nümunələrdən biri Hz. Hudun inkarçı qövmünün təhdidlərinə qarşı verdiyi, təvəkküllü və Allaha olan təslimiyyətini göstərən cavabıdır:
Onlar dedilər: “Ey Hud! Sən bizə açıq-aydın bir dəlil gətirmədin, biz də sənin sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanmırıq. Biz ancaq onu deyə bilərik ki, bəzi tanrılarımız səni bəlaya düçar edib”. O dedi: “Həqiqətən, mən Allahı şahid çağırıram, siz də şahid olun ki, mən sizin şərik qoşduqlarınızdan uzağam. Ondan başqa (tapındıqlarınızın hamısından uzağam). Hamılıqla mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin. Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. Əgər üz çevirsəniz, (bilin ki,) mənə əmr olunanı sizə çatdırdım. Rəbbim yerinizə başqa bir camaat gətirər və siz də Ona heç bir zərər yetirə bilməzsiniz. Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edir”. (Hud Surəsi, 53-57)



0 коммент.:

Отправить комментарий