ALLAHA TAM TƏSLİM OLMAĞIN İNSANA VERDİYİ HÜZUR
Möminlər hər hadisəni ən incə detalına qədər Allahın yaratdığını və hər birinin qədərdə əvvəlcədən təqdir edilmiş hadisələr olduğunu bilərək, böyük bir təslimiyyət içində yaşayırlar. Əlbəttə inananlar da həyatları boyunca bir çox çətinlik və müxtəlif imtahanlarla qarşılaşırlar. Amma əsla "kaş ki belə olaydı", "belə etsəydim daha xeyirli olardı" kimi sözlər söyləmir və belə boş düşüncələrə qapılmırlar.
Möminlər hadisələrdə bəlkə də heç bilməyəcəkləri hikmət və xeyir olduğuna qəti olaraq iman edirlər. Bunun nəticəsində xoşlarına gəlməyən, çətin və sıxıntılı görünən hallarda belə son dərəcə rahat və hüzurlu bir həyat yaşayırlar.
Ancaq bu sirri bilməyən inkarçılar, böyük və ya kiçik olsun, pis olaraq xarakterizə etdikləri hər hadisədə çox böyük çətinliklər yaşayırlar.Belələrinin həyatları adətən bədbəxtlik və ümidsizliyin hakimiyyəti altındadır. Halbuki insan, yaradılış etibarıyla davamlı olaraq hüzur və rahatlıq içində yaşamağa meyilli varlıqdır. Çünki insan üçün, çətinlik, stress və hüznün səbəb olduğu fiziki və mənəvi çətinliklər çox ağırdır. Allaha sığınıb güvənməyən və hər hadisəni xeyir gözüylə qiymətləndirməyən insan qarşılaşdığı hər çətinliklə, əzab, hüzn və stresslə aciz vəziyyətdə qalır və bu çətinliklər də onun bütün həyatını əhatə edir. Gələcək qorxusu, ölüm qorxusu, xəstəlik qorxusu, var-dövlətin əldən çıxması kimi qorxularının heç vaxt sonu gəlmir.
İnsanın tək qurtuluşu, bütün hadisələri Allahın mütləq bir xeyir və hikmətlə yaratdığını
bilərək yaşamasındadır.
Mömin, istisna etmədən qarşılaşdığı hər hadisəni Allahın, xeyir və hikmətlə yaratdığını bilsə, Allaha həqiqi mənada təvəkkül etmiş olur. Dözümlə deyil, gözəl bir səbirlə səbr etsə qulluq vəzifəsinə uyğun davranmış olur. İnamı, rahatlığı və gücü əldə etmək yalnız Allahın gücü ilə mümkündür. Dua və təvəkküllə, hər bir şeyi Allahdan istəmək möminin xüsusiyyətidir.
Mömin, bu dünyada cənnəti arzulayarkən əslində müxtəlif hadisələrlə qarşılaşır və sınanır. Bu hadisələr əsnasında möminlər Allahın rəhmətini, razılığını, cənnətini qazandıracaq gözəl əxlaqa sahib olurlar. Onlar cəhənnəmdən çəkinən, Allahdan qorxan və xeyirləri görən kimsələrdir, özləri görməsə də Allahın hər hadisənin xeyirli cəhətlərini bildiyini dərk edən insanlardır.
Allah, Özündən qorxub çəkinən qullarının qədərlərində təqdir edilmiş, şübhəsiz yaşanacaq olan bir hadisəni ayələrdə belə xəbər verir:
Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: “Sizə salam olsun! Xoş sizin halınıza! Əbədi qalmaq üçün buraya daxil olun!”Onlar deyəcəklər: “Bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə varis edən Allaha həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir!”Sən mələklərin, Ərşi əhatə edərək, Rəbbinə həmd ilə təriflər dediklərini görəcəksən. Onların arasında ədalətlə hökm veriləcək və: “Aləmlərin Rəbbi olan Allaha həmd olsun!”– deyiləcəkdir.. (Zumər Surəsi, 73-75)

