Müsəlmanlar "şər" kimi görünən hadisələri belə xeyirlə qiymətləndirmələrinin və Allahı vəkil tutmağın qarşılığını, həmişə ən gözəl şəkildə alırlar. Ayələrdə belə buyurulur:O kəslər ki, xalq onlara: “Camaat sizə qarşı toplamışdır, onlardan qorxun!” - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər. (Ali İmran Surəsi, 173-174)
Bunu xatırlatmaq lazımdır ki, bəzən kənardan baxıldığında zahirən inkarçılar üstünlük təşkil edirmiş kimi görünə bilərlər. Halbuki bu, yalnız Allahın inananlara aid bir sınağıdır. Beləliklə saleh möminlər ilə zəiflik göstərənlər bir-birlərindən ayrılır. Təvəkkül edən, səbr edən və hadisələrə xeyir gözüylə baxan müsəlmanlar heç şübhəsiz Allaha olan etibarlarını və sədaqətlərini açıq şəkildə göstərirlər. Bu səbəblə dünyada və axirətdə Allahın razılığını qazanaraq qalib və üstün gələcək olanlar, hər zaman inananlardır:
qələbə çalanlar da məhz Allahın firqəsidir. (Maidə Surəsi, 56)

0 коммент.:
Отправить комментарий