Hər dövrdə inkar edənlər, Quranın
"…, lakin insanların çoxu (buna) inanmır. " (Rə'd Surəsi, 1)
ayəsində bildirildiyi kimi, yer üzündəki insanların çoxunu təşkil edirlər.
İnkarçılar hər zaman müsəlmanlara qarşı sayca çoxdurlar. Buna görə də bu ağılsız və bəsirətsiz insanlar özlərini daim doğru yolda sanırlar. Sahib olduqları maddi güclərinin və saylarının inananlardan çox olması, onlara inam duyğusu verir. Bu səbəblə hadisələri həmişə xarici görünüşə görə qiymətləndirən cahiliyyə insanları, özlərinin üstün olduğundan yüz faiz əmin olaraq hərəkət edirlər. Amma fərqində olmadıqları çox böyük bir gerçək vardır ki, o da Allahın möminlərə olan vədi və dəstəyidir:
… Allah kafirlərə möminləri (məğlub etməyə )yol verməyəcəkdir. (Nisa Surəsi, 141)
Allah yuxarıdakı ayəsində diqqət çəkdiyi kimi, hər şeyi möminlərin lehinə edir və onları müxtəlif yollardan dəstəkləyir. İnşirah surəsində müsəlman üçün hər çətinliklə birlikdə asanlığın da yaradıldığı sirri verilir. Xəstəliyi yaradan Allahın şəfanı da yaratması kimi, hər çətinlik də yanında asanlığı ilə birgə yaradılır. Bu gerçək belə xəbər verilmişdir:
Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (İnşirah Surəsi, 5-6)
Allahın bu dəstəyi və köməyini yalnız möminlər bilirlər. Və onlar, həyatları boyu nə ilə qarşılaşsalar qarşılaşsınlar, Allahın daim inananların vəlisi və köməkçisi olduğunu bilmənin verdiyi inam və hüzur duyğusu ilə hərəkət edirlər. Allah qullarına belə vəd etmişdir:
Allah sizin düşmənlərinizi (sizdən) daha yaxşı tanıyır. Bir dost və yardımçı kimi Allah (sizə) kifayət edər! (Nisa Surəsi, 45)
İnkarçıların və münafiqlərin isə müxtəlif qorxuları vardır. Yalnız Allaha iman etmədikləri, Ona şirk qoşduqları, hər hadisəni və varlığı nəzarətsiz zənn etdikləri üçün daima qorxu və narahatlıq içində yaşayırlar. Bu, Allahın möminlərə qarşı mübarizə edənlərin ürəklərinə saldığı qorxudur:
Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi: “Mən də sizinləyəm. Möminlərə qüvvət (mətanət) verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam…" (Ənfal Surəsi, 12)
Allahın kömək və yardımı müsəlmanın həyatının tamamilə əhatə edir. Tarix boyu Allah inananlara müxtəlif yollarla köməyini çatdırmışdır. Bəzən peyğəmbərlərinə möcüzələr vermiş; bəzən müsəlmanları görünməyən ordular və mələklərlə, hətta təbiət hadisələriylə dəstəkləmiş; bəzən reallaşması qeyri-mümkün kimi görünən hadisələrin reallaşmasını təmin etmişdir. Quranda verilən bu nümunələrdən bəziləri belədir:
Ey iman gətirənlər! ordular sizin üstünüzə gəldiyi zaman Allahın sizə olan nemətini yada salın. O vaxt Biz onların üstünə külək və sizin görmədiyiniz (mələklərdən ibarət) qoşun göndərmişdik. Allah o zaman sizin nə etdiyinizi görürdü. (Əhzab Surəsi, 9)
O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm”– deyə duanızı qəbul etmişdi. (Ənfal Surəsi, 9)
Qarşı-qarşıya gələn iki dəstədə sizin üçün bir ibrət var idi. Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi. Onlar kafirlərin sayca iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər. Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır. (Ali İmran Surəsi, 13)


0 коммент.:
Отправить комментарий