CAHİLİYYƏ CƏMİYYƏTİNIN HADİSƏLƏRƏ BAXIŞI

Bəzi insanlar başlarına gələn hadisələri, öz məntiqlərinə görə dəyərləndirib, "yaxşı və ya pis" kimi seçərək müəyyən kateqoriyalara ayırırlar. Artıq həmin insanlar  müəyyən edilmiş bu  kateqoriyalarda öz vərdişlərini və ictimai ənənələri ön planda saxlayırlar.

Hadisələr qarşısında göstərdikləri reaksiyalar da bu hadisələrin şiddətinə və şəklinə görə dəyişir , amma nəticə etibariylə bu reaksiyalar belə, yaşadıqları cəmiyyətin qaydalarına görə olur.

Hər insanın uşaqlıq illərindən etibarən gələcəyə aid  bəzi planları vardır. Ancaq hadisələr bəzən  insanların düşündüyü, ya da planladığı şəkildə baş vermir. Gözlənilməz hadisələr, heç ağla belə gəlməyən proseslər  bəzən hər insanın həyatında baş verir.Bəzən hər şey insanın tam istədiyi, arzuladığı şəkildə reallaşarkən, bəzən də ilk baxışda pis kimi görünən bir çox hadisə bir-birini əvəz edir. Çox sağlam görünən bir kimsə qəfildən ölümcül bir xəstəliyə tutulur, ya da bir qəza nəticəsində sağlamlığını itirir. Yenə çox zəngin bir insan heç ümid etmədiyi bir anda bütün var-dövlətini itirir.

Ümumiyyətlə insanlar həyatları boyunca başlarına gələn hadisələrlə  qarşı-qarşıya qaldıqları zaman bu hadisələrin vəziyyətinə görə fərqli reaksiyalar verirlər. Belə ki, hadisələr istədikləri şəkildə baş verərsə və mənfəətlərinə bir zərər toxunmayacaqsa  müsbət reaksiyalar verirlər, ancaq əgər əksi olarsa, yəni bir işin sonunu istədikləri kimi  görməzlərsə dərhal xoşagələməyən bir münasibət göstərirlər və hətta üsyan belə edirlər. Hadisələrin əhəmiyyətinə və nəticələrinə görə  davranışlarındakı bu üsyan daha da şiddətlənir.

Əsasən ortaq olan bu xarakteri cahiliyyə cəmiyyətlərinin demək olar ki,hamısında  görmək mümkündür. Ancaq bu insanların bir qismi xoş qarşılamadıqları bu hadisələr qarşısında yenə də "vardır bir xeyr", ya da "xeyirdir inşaAllah" kimi sözlər söyləməyi də unutmurlar.

Ancaq bəzi insanların söhbətlərində  bu sözlərdən  istifadə etmələri  -daha əvvəl də qeyd etdiyimiz kimi- tamamilə vərdişdən, ya da cəmiyyətdə adət halına gəlməsindən qaynaqlanır.Dilləri ilə ifadə etdiklərinə baxmayaraq insanların çoxu əslində söylədiklərinin tam əksinə yaşadıqları hadisələrdə həqiqətən də bir xeyir axtarmırlar.

Bəziləri də zərərsiz, ya da kiçik olaraq xarakterizə etdikləri çatışmazlıqlar qarşısında "vardır bir xeyir" deyərək onu yola verir, əhəmiyyətli, ya da mənfəətlərini ciddi şəkildə zərərə uğradacaq hadisələr qarşısında artıq xeyirdən heç danışmırlar. Məsələn, işə gedərkən gecikib avtobusa minə bilməyən, ya da avtomobili xarab olan bir adam bu cür  kiçik bir hadisədə "vardır bir xeyir" deyərək bunlara  əhəmiyyət verməyə bilər. Ancaq bu səbəbə görə müdirinin təhqirinə məruz qalıb və ya işindən qovulsa, bu halda dərhal şikayət etməyə başlayır. Ya da dəyəri ucuz  qiymətə olan bir saatı itirəndə "bir xeyir vardır" deyərək onun ucuzluğu ilə özünə təsəlli verən bir insan, brilliant üzüyünü itirdiyində  özünü itirəcək dərəcəyə gəlir . İnsanın xeyir gözüylə baxdığı, ya da səbe etdiyi kiçik hadisələr vardır, amma fövqəladə böyük bir hadisə ilə qarşı-qarşıya qaldığı zaman hər cür mənfi davranış etməyi özünün ən təbii haqqı olaraq görür.

Bəzi insanlar da, "xeyir gözüylə baxmaq" anlayışını yalnız təsəlli məqsədiylə istifadə edirlər. Əslində isə hadisələri xeyirli şəkildə qiymətləndirmənin həqiqətdə nə demək olduğunun heç şüurunda belə deyildirlər. Bunun yalnız çətinliyə düşən, ya da zərərə uğrayan dostların bir-birlərini ovutmaq üçün istifadə etdikləri bir təsəlli şəkli olduğuna inanırlar. Məsələn, müflisləşən bir tanışlarını, ya da sinifdə qalan bir yoldaşlarını sakitləşdirməyə çalışdiqlqrı zaman  "eybi yoxdu olsun , vardır bir xeyir", ya da "olacağı xeyirə yozmaq lazımdı" kimi ifadələr istifadə edirlər.Ancaq bu hadisə onların öz başlarına gəlmiş olsaydı, o zaman  xeyirdən heç bir şəkildə danışmazlardı. Bu hal, söylədikləri sözlərin mənasından tamamilə xəbərsiz olduqlarının çox açıq bir göstəricisidir.

Bu cür  insanların yaşadıqları mənfi kimi görünən bütün hadisələrdə bir xeyir ola biləcəyini
düşünməmələri isə əslində  inanclarının yetərsizliyindən  qaynaqlanır. İnsanın həyatı boyu hər qarşılaşdığı hadisəni yaradanın Allah olduğunu, hər işin müəyyən bir qədərlə olduğunu  və dünya həyatının bir imtahan mühiti olduğunu qavramamış olması "xeyir gözüylə baxa bilməsinə" qəti olaraq mane olan amildir.

Bu səbəblə önümüzdəki  hissələrdə əvvəlcə yaşanılan hadisələrdə mütləq bir xeyir olduğuna inanmaq və bu xeyirləri görə bilmək üçün qavranması lazım olan əhəmiyyətli bəzi həqiqətlərə toxunacağıq.


0 коммент.:

Отправить комментарий